...

İsrail ordusu Qəzzada hərbi əməliyyatların miqyasını genişləndirməyə hazırlaşır

Dünya xəbərləri Materials 17 May 2025 03:27 (UTC +04:00)
İsrail ordusu Qəzzada  hərbi əməliyyatların miqyasını genişləndirməyə hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağına hücumları gücləndirib və oradakı hərbi əməliyyatların miqyasını genişləndirməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Son sutka ərzində İsrail Müdafiı Ordusu əməliyyatların genişləndirilməsi və müharibənin məqsədlərinə nail olunması, o cümlədən girovların azad edilməsi və HƏMAS terror təşkilatının məhv edilməsi üçün Qəzza zolağının ərazilərində operativ nəzarətin yaradılması üçün kütləvi zərbələr endirməyə və qoşunları səfərbər etməyə başlayıb", - deyə ordudan bildirilib.

“İsrail dinc əhalisini qorumaq və müharibənin məqsədlərinə nail olmaq üçün fəaliyyətini davam etdirəcək”, - mətbuat xidməti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »