...

Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi cüzi artıb

İqtisadiyyat Materials 17 May 2025 13:03 (UTC +04:00)
Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi cüzi artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi 2,441 milyon ton olub.

Trend bu barədə Dövlət Sttistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 min ton və ya 0,4% çoxdur.

Belə ki, ötən ilin yanvar-mart aylarında Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi 2,432 milyon ton olmuşdu.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycan ərazisində nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3,672 milyon ton, dəniz nəqliyyatı ilə 1,764 milyon ton və avtomobil nəqliyyatı ilə 2,553 milyon ton yük daşınıb.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,3%-ini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 45,2%-ini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,2%-ini tranzit yüklər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »