...

Ağdaşda ağır yol qəzası - Ölən və yaralananlar var

Hadisə Materials 17 May 2025 00:10 (UTC +04:00)
Ağdaşda ağır yol qəzası - Ölən və yaralananlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdaş. Trend:

Mayın 16-da saat 21 radələrində Ağdaş rayonu ərazisində 32 yaşlı Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasına dəyib, daha sonra isə yük avtomobili ilə toqquşub.

Trend xəbər verir ki, nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »