Bakı. Trend:
İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.
Trend-in məlumatına görə, Avropa Liqasının finalçısı olan komandalar bu turda meydana çıxıblar.
"Tottenhem" səfərdə "Aston Villa" ilə qarşılaşıb və Unay Emerinin yetirmələrinə 0:2 hesabı ilə məğlub olub. London təmsilçisi son 6 oyunun 5-də uduzub, cəmi birində heç-heçə ilə kifayətlənib.
"Mançester Yunayted" isə "Çelsi"nin qonağı olub və bu oyunda da yenə məğlubiyyətlə üzləşib. “Qırmızı şeytanlar” Premyer Liqada sonuncu dəfə martın 16-da “Lester” üzərində qələbə qazanıblar. O vaxtdan bəri keçirdikləri 8 matçda 2 heç-heçə edib, 6 dəfə uduzublar.