...

Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb

İqtisadiyyat Materials 16 May 2025 17:03 (UTC +04:00)
Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkədə avtobusla daşınan sərnişinlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Trend Azərbaycan Yerüstü Nəqliyyat Agentlyinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-aprel ayları ərzində avtobuslarla 556 milyon 587 min sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon nəfər çoxdur.

Bildirilir ki, xüsusilə paytaxtda yol infrastrukturunda tətbiq edilən yeniliklər ictimai nəqliyyatın cəlbediciliyini artırıb.

"Xüsusi hərəkət zolaqları hesabına sərnişinlərin rahat, maneəsiz və sürətli daşınması təmin edilib. Belə ki, ictimai nəqliyyat vasitələrinin bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət vaxtı 12-22 dəqiqəyə kimi azalıb. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə taksi minik avtomobilləri ilə səyahət edənlərin sayı azalıb.

2025-ci ilin yanvar-aprel ayları ərzində taksidən 25 milyon 514 min sərnişin istifadə edib. Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 min nəfər azdır", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »