...

Ərdoğan-Zelenski görüşü keçirilir (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 May 2025 14:51 (UTC +04:00)
Ərdoğan-Zelenski görüşü keçirilir (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirilir.

Trend bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

“Prezident kompleksində prezident Rəcəb Tayyib Ərdoğanla prezident Zelenski arasında görüş başlayıb”, -deyə materialda qeyd olunur.

Məlumata əsasən, ukraynalı dövlət başçısını Ankara aeroportunda Ərdoğan şəxsən qarşılayıb. Ukrayna prezidentinin təyyarəsi Ankaraya Bakı vaxtı ilə 13:17-də enib.

xxx

12:50

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında danışıqlar 13:00- 14:00-da (Bakı vaxtı ilə 14:00-15:00) keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

“Təxminən 13:00-14:00 (Bakı vaxtı ilə 14:00-15:00 –red ) həm ikitərəfli, həm də geniş tərkibdə danışıqlar aparılacaq”,- mənbə bildirib.

xxx

12:11

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Türkiyəyə yola düşüb.

Trend xəbər verir ki, bu barədə Ukrayna ali radasının deputatı Yaroslav Jeleznyak “Telegram” səhifəsində yazıb.

"Prezident təyyarəsi Polşadan Türkiyə istiqamətində havaya qalxıb. Bu, o deməkdir ki, nəzəri cəhətdən o, saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Ankarada olacaq", – deyə deputat yazıb.

xxx

10:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı axşamadək Ankarada olacaq və burada onun rəsmi tədbirləri planlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayılıb.

Yerli vaxtla saat 13:00 radələrində Ərdoğanın Volodimir Zelenskinin rəsmi qarşılanma mərasimi nəzərdə tutulub. Mərasim paytaxtdakı Prezident kompleksində keçiriləcək. Ardınca liderlər arasında təkbətək görüş, daha sonra isə geniş tərkibdə danışıqlar və işgüzar nahar baş tutacaq.

Paralel olaraq İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

Rusiyanın danışıqlarda iştirak edəcək nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Rusiyanın nümayəndə heyətinə bundan başqa Rusiya XİN müavini Mixayil Qaluzin, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya silahlı qüvvələrinin baş qərargahının baş idarəsinin rəisi İqor Kostyukov daxildir.

Ukrayna tərəfindən isə danışıqlarda prezident ofisinin rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, xarici işlər naziri Andrey Sibiqa və dövlət başçısının müşaviri İqor Jovkva iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »