Bakı. Trend:
ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması üzrə saziş bağlamağa yaxındır.
Trend ABŞ KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Yəqin ki, artıq oxumusunuz: İranla elə şərtlərlə razılaşmışıq ki, - bunu dostcasına deyirəm - biz İranda radioaktiv toz yaratmayacağıq. Mən istəyirəm ki, hər şey onların xeyrinə olsun. İran böyük bir ölkədir, lakin onun nüvə silahına sahib olması mümkün deyil.
Hər şey sadədir. Nə 30 səhifəlik sənədlər var, sadəcə bir cümlə: onların nüvə silahı ola bilməz. Düşünürəm ki, razılaşmaya yaxınlaşmışıq", — deyə Tramp verdiyi bəyanatda bildirib.