Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2,922 milyon manat ƏDV geri qaytarılıb.
Trend bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, geri qaytarılan vəsaitin istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.