...

“TMI-6” barjı əsaslı təmir olunub - ASCO

Gündəm Materials 15 May 2025 16:32 (UTC +04:00)
“TMI-6” barjı əsaslı təmir olunub - ASCO
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-in (ASCO) “TMI-6” barjı əsaslı təmir edilib.

ASCO-dan Trend-ə verilən məlumata görə, proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

Bildirilir ki, təmir zamanı üzən vasitə tərsanəyə qaldırılıb, gövdənin sualtı və suüstü hissəsində, barjın daxili bölmələrində və göyərtəsində zədələnmiş sahələr dəyişdirilib. Həmçinin gövdənin qorunması üçün metal qoruyucu tirlər, eləcə də dib-yan armaturları və lövbər zəncirləri təmir edilib, sualtı və suüstü hissə obraziv qumla təmizlənərək rənglənib.

Bundan başqa, "TMI-6"-nın lövbər bucurqadının elektrik mühərrikləri və idarəetmə sistemləri sazlanıb, baş göyərtə, ballast və quru çənlər təmizlənib, barj üzrə ümumi rəngləmə işləri yerinə yetirilib.

Təmir bitdikdən sonra barj heyət üzvlərinə və müvafiq təsnifat cəmiyyətinə təhvil verilib. Üzən vasitə dəniz sınağından uğurla keçib.

Qeyd edək ki, uzunluğu 90,35, eni 16,50 metr, yükgötürmə qabiliyyəti 2000 ton olan üzən vasitə neft platformalarının inşasında lazım olan yükün daşınması üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »