...

Azad olunan ərazilərə köçürülən 4300 sakinin məşğulluğu təmin edilib

Cəmiyyət Materials 15 May 2025 16:40 (UTC +04:00)
Azad olunan ərazilərə köçürülən 4300 sakinin məşğulluğu təmin edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir.

Bu barədə Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib. Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 206 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.

Doğma yurdlarına qayıdan vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını yaradıb.

Qeyd olunan sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »