...

Polşa ordusu 10 minə yaxın Warmate kamikadze dronu alacaq

Dünya xəbərləri Materials 16 May 2025 06:43 (UTC +04:00)
Polşa ordusu 10 minə yaxın Warmate kamikadze dronu alacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Müdafiə Nazirliyi ölkənin silahlanma agentliyi ilə WB Electronics şirkəti arasında 10 minə yaxın Warmate kamikadze tipli dronun tədarükü ilə bağlı müqavilə imzalayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.

Nazir WB Electronics-i “Avropanın ən yaxşı dron istehsalçısı” adlandırıb və Ukrayna müharibəsinin göstərdiyi kimi pilotsuz uçuş aparatlarının müasir hərbi münaqişələrdə inqilabi rol oynadığını vurğulayıb.

Müqavilə 2035-ci ilin sonuna qədər qüvvədə olacaq və çərçivə sazişi əsasında Warmate dronlarının ən son versiyalarını da əhatə edən minə yaxın dəstin mərhələli şəkildə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Polşa Ordusu 2017-ci ildən etibarən Warmate dronlarından istifadə edir. Həmin il Ərazi Müdafiə Qüvvələrinə ilk kiçik partiyanın tədarükü ilə bağlı müqavilə bağlanmışdı. 2022-ci ildə isə tərəflər arasında təxminən 12,5 milyon dollar dəyərində ikinci müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti

OSZAR »