...

FEMA ABŞ-də qasırğa mövsümünə hazırlıqda geri qalır

Dünya xəbərləri Materials 16 May 2025 08:34 (UTC +04:00)
FEMA ABŞ-də qasırğa mövsümünə hazırlıqda geri qalır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Federal Fövqəladə Hallar İdarəetmə Agentliyi (FEMA) ölkədə iyunun 1-də başlayacaq qasırğa mövsümünə lazımi şəkildə hazırlaşmağa çatdırmır.

Trend “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, qurum hazırlıq qrafikindən bir neçə ay geridədir və fövqəladə hallar zamanı aydın fəaliyyət planının olmaması məsələsini agentliyin yeni təyin olunmuş müvəqqəti rəhbəri Devid Riçardson da etiraf edib. O, bu vəzifəyə cəmi bir həftə əvvəl gətirilib.

FEMA əməkdaşları qurumdakı uğursuzluqları kadr çatışmazlığı, rəhbərlikdə yaşanan böhran və keçmiş prezident Donald Trampın kəskin tənqidlərinin yaratdığı qeyri-müəyyənliklə əlaqələndirirlər. Agentliyin gələcək taleyi ilə bağlı aydın vizionun olmaması, qasırğa mövsümünə hazırlıq prosesini daha da çətinləşdirir.

Xəbər lenti

Xəbər lenti

OSZAR »