Bakı. Trend:
Ciddə təmsilçisi "Əl-İttihad" Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə çempionluğunu rəsmiləşdirib.
Trend xəbər verir ki, bu uğur komandanın 32-ci turda "Əl-Raed" üzərində qazandığı 1:3 hesablı qələbə sayəsində mümkün olub. Bu nəticədən sonra "Əl-İttihad" mövsümün bitməsinə iki tur qalmış rəqibləri üçün əlçatmaz olub.
Komanda hazırda ikinci pillədəki "Əl-Hilal"ı 9 xal fərqlə qabaqlayır və bu fərq "Əl-İttihad"ın çempionluğunu təmin edib.