...

ABŞ Rusiya–Ukrayna münaqişəsində vasitəçilik səylərini davam etdirəcək – Marko Rubio

Dünya xəbərləri Materials 16 May 2025 00:15 (UTC +04:00)
ABŞ Rusiya–Ukrayna münaqişəsində vasitəçilik səylərini davam etdirəcək – Marko Rubio
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin sülh yolu ilə həllinə dair vasitəçilik səylərini dayandırmaq niyyətində deyil. Lakin Vaşinqton məhsuldar olmayan danışıqlarda iştirak etməyəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Rubiodan soruşulub ki, ABŞ administrasiyası daha əvvəl, apreldə bildirdiyi kimi, konkret irəliləyiş əldə olunmazsa, vasitəçi rolundan imtina edəcəkmi. Dövlət katibi cavabında deyib:

“Əminliklə deyə bilərəm ki, ABŞ Prezidenti Donald Tramp sülhün əldə olunması üçün tələb olunan müddət boyunca bu prosesi dəstəkləməyə hazırdır. Lakin biz dünya boyunca səmərəsiz görüşlərdə iştirak edə bilmərik. Mən NATO sammitində iştirak üçün buradayam və hər şey bu səbəbdən belə inkişaf etdi”.

O əlavə edib ki, ABŞ artıq “bu danışıqların arxasınca bütün dünyanı dolaşmayacaq”.

“Bizə bildirildi ki, Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa təmas ola bilər. Bu, əvvəlcədən planlaşdırılmışdı və siz də eyni məlumatları eşitmisiniz. Lakin hələ ki, bu baş verməyib”, – deyə Rubio qeyd edib.

Dövlət katibi eyni zamanda Rusiya nümayəndə heyətinin tərkibinə toxunaraq bildirib ki, onların səviyyəsi danışıqların nəticə verəcəyinə ümid yaratmır:

“Rusiya tərəfinin göndərdiyi komanda ciddi irəliləyiş vəd etmir. Ümid edirəm ki, yanılıram. Ümid edirəm ki, sabah xəbərlərdə onların atəşkəslə bağlı razılığa gəldiklərini və ciddi danışıqlara başlamağa hazır olduqlarını eşidəcəyik. Amma mən sadəcə vəziyyətə öz qiymətimi verirəm”, – deyə Rubio vurğulayıb.

Xəbər lenti

Xəbər lenti

OSZAR »