...

Ağdamda 4 otaqlı ev əşyaları ilə birlikdə yandı

Hadisə Materials 19 May 2025 13:13 (UTC +04:00)
Ağdamda 4 otaqlı ev əşyaları ilə birlikdə yandı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Trend-in yerli müxbirinin məlumatına görə, yanğın hadisəsi ötən gecə rayonun İkinci Yüzbaşılı kəndində baş verib.

Belə ki, kənd sakini Firdovsi Mahmudova məxsus evdə baş verən yanğın zamanı ev içində olan əşya ilə birlikdə yanıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadasının iki maşını və əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »