...

Rusiyada yeniyetmələr arasında kütləvi davaya görə 67 nəfər saxlanılıb

Hadisə Materials 19 May 2025 05:04 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində polis yeniyetmələrin kütləvi davasına görə 67 nəfəri saxlayıb.

Trend-in məlumatına görə, bu barədə regional Daxili İşlər Nazirliyinin mətbuat xidməti "Telegram" kanalında bildirib.

Məlumata əsasən, mayın 16-sı və 17-də onlar arasında münaqişələr və davalar baş verib. Yeniyetmələr sosial şəbəkələr vasitəsilə qruplar yaradaraq kütləvi davalar təşkil ediblər.

Bildirilib ki, Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 5.35 maddəsinin 1-ci hissəsinə (valideynlərin yetkinlik yaşına çatmayanları saxlamaq və tərbiyə etmək öhdəliklərini yerinə yetirməməsi) əsasən yeniyetmələrin valideynlərinə qarşı protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »