...

İran səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 19 May 2025 18:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti İranın üç vətəndaşının Milli Təhlükəsizlik Aktı çərçivəsində casusluq ittihamı ilə həbs olunmasından sonra İranın Londondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Trend xəbər verir ki, həbs olunan şəxslər Londonda fəaliyyət göstərən “İran İnternational” müstəqil media qurumunun jurnalistlərini hədəf almaqda və xarici kəşfiyyat orqanına yardım edə biləcək fəaliyyətlərdə ittiham olunublar.

Britaniya hökumətinin verdiyi açıqlamada bildirilib ki, səfir Səid Əli Musəvi bu hadisə ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, Böyük Britaniya hökuməti milli təhlükəsizliyin qorunmasını əsas prioritet hesab edir və İran öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır.

Qeyd edək ki, eyni zamanda Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili də İran vətəndaşlarının Birləşmiş Krallıqda əsassız və siyasi motivli həbsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Xəbər lenti

Xəbər lenti

OSZAR »