...

ÜST ölkələri pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib

Dünya xəbərləri Materials 20 May 2025 02:20 (UTC +04:00)
ÜST ölkələri pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr mayın 19-dan 27-dək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyasında pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib.

Trend xəbər verir ki, iclasda iştirak edən 124 üzv ölkə sazişin lehinə, 0 nəfər isə əleyhinə səs verib.

İsrail, İran, İtaliya, Polşa, Rusiya və Slovakiya da daxil olmaqla 11 ölkə bitərəf qalıb. Müqavilənin təsdiqlənməsi üçün 83 səs çoxluğu tələb olunub.

Saziş layihəsi mayın 20-də Ümumdünya Səhiyyə Assambleyasının plenar sessiyasında rəsmi olaraq qəbul ediləcək.

Pandemiya ilə mübarizə üzrə saziş gələcək pandemiya təhdidlərinin qarşısının alınması və cavab tədbirlərinin görülməsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti

OSZAR »