...

Qadın məhkum ərinə ayaqqabısının içində telefon keçirməyə cəhd edib

Hadisə Materials 20 May 2025 10:25 (UTC +04:00)
Qadın məhkum ərinə ayaqqabısının içində telefon keçirməyə cəhd edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Məhkum Ruslan Məmməd oğlu Əhmədovla görüşə gəlmiş həyat yoldaşının üzərinə baxış keçirilən zaman idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd “BM 222” markalı mobil telefon aparatı, 1 ədəd danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »