...

"GlobE Network"un Bakıda keçirilən iclası korrupsiyaya qarşı əməkdaşlığı möhkəmləndirir - Madaqaskar nümayəndəsi

Siyasət Materials 20 May 2025 15:58 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin iclası (GlobE Network) korrupsiyaya qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün əla platformadır.

Trend xəbər verir ki, bunu Madaqaskarın Müstəqil Korrupsiya Əleyhinə Bürosunun baş direktoru Qabi Nestor Razakamanansoa “GlobE Network” VI plenar iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə ən mühüm qlobal çağırışlardan biri olaraq qalır. O, Madaqaskarın Müstəqil Korrupsiya Əleyhinə Bürosu onları son dərəcə mühüm olan bu tədbirdə iştirak etməyə dəvət etdiyinə görə “GlobE Network”ə dərin minnətdarlığını bildirdiyini vurğulayıb.

Razakamanansoa qonaqpərvərliyinə görə, Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu gün Bakıda BMT-inin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) VI plenar iclası keçirilir. Tədbirdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın yüksək vəzifəli məmur iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »