...

Mərkəzi Asiyada İslam maliyyələşməsinin gələcək inkişafı maliyyə resurslarının əlçatanlığının genişləndirilməsinə vəsilə olacaq - Nikolay Podquzov

İqtisadiyyat Materials 20 May 2025 14:58 (UTC +04:00)
Mərkəzi Asiyada İslam maliyyələşməsinin gələcək inkişafı maliyyə resurslarının əlçatanlığının genişləndirilməsinə vəsilə olacaq  - Nikolay Podquzov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Mərkəzi Asiyada İslam maliyyələşməsinin gələcək inkişafı maliyyə resurslarının əlçatanlığının genişləndirilməsinə vəsilə olacaq.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Avrasiya İnkişaf Bankını (AAİB) İdarə heyətinin sədri Nikolay Podquzov İslam İnkişaf Bankının “İslam maliyyələşməsində rəqəmsal keçid və maliyyə inklüziyası” şüarı altında Əlcəzairdə keçirilən İslam Maliyyələşməsi üzrə 19-cu Qlobal Forumunun açılış mərasimində deyib.

“İslam ticarət maliyyəsi sahəsində həllər təqdim edən şirkətlər də daxil olmaqla, bir çox şirkətlər qlobal bazarlarda öz mövcudluqlarını genişləndirmək imkanı əldə edir. İslam maliyyə alətlərinin rəqəmsal ticarət platformalarına inteqrasiyası kiçik və orta sahibkarlıq subyektləri üçün yeni imkanlar yaradır və regional ticarətin inkişafına töhfə verir”, – deyə o bildirib.

Podquzov vurğulayıb ki, Mərkəzi Asiya maliyyə keçidinin həlledici mərhələsindədir.

“Rəqəmsal İslam maliyyəsinin tətbiqi və maliyyə inklüziyasının təşviqi milyonlarla insanın imkanlarını genişləndirməyə, iqtisadiyyatı möhkəmləndirməyə və etik maliyyə prinsiplərinin inkişaf strategiyamızın mərkəzində qalmasını təmin etməyə imkan verəcək. Mərkəzi Asiyada İslam maliyyələşməsinin daha da inkişafı maliyyəyə çıxışı genişləndirəcək və yerli biznesin qlobal İslam bazarına qoşulmasına şərait yaradacaq, bununla da regionun iqtisadi artımına töhfə verəcək”, – deyə o qeyd edib.

Podquzov bildirib ki, Avrasiya İnkişaf Bankı Mərkəzi Asiyada İslam maliyyələşməsi üçün platformaya çevrilmək və ola bilsin bu sahədə aparıcı rol oynayan ilk çoxtərəfli maliyyə qurumu olmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »