...

SOCAR istənilən miqyaslı şirkətlərlə texnoloji əməkdaşlığa hazırdır

İqtisadiyyat Materials 20 İyun 2025 14:20 (UTC +04:00)
SOCAR istənilən miqyaslı şirkətlərlə texnoloji əməkdaşlığa hazırdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR istənilən miqyaslı şirkətlərlə texnoloji əməkdaşlığa və dialoqa hazırdır.

Trend xəbər verir ki, bunu SOCAR vitse-prezidentinin strateji inkişaf üzrə müşaviri Teymur Əliyev “Baku ID 2025”də panel müzakirəsi zamanı deyib.

“Biz enerji sektorunda fəaliyyət göstəririk və həm böyük korporasiyalarla, həm də kiçik komandalarla dialoqa hazırıq. Əgər bizim sahəyə uyğun bir həlliniz varsa, sizi dinləməyə açığıq.

Hər bir startapa investisiya vədi verməsək də, təqdim etdiyiniz təklifin diqqətlə araşdırılacağını təmin edirik. Yaxşı bir məhsulunuz varsa, dünyanın istənilən nöqtəsində, o cümlədən Azərbaycanda dəstək almaq imkanınız var,” – deyə T. Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »