...

SOCAR innovasiyalar sahəsindəki əsas prioritetlərini açıqlayıb

İqtisadiyyat Materials 20 İyun 2025 12:35 (UTC +04:00)
SOCAR innovasiyalar sahəsindəki əsas prioritetlərini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İnnovasiyalar SOCAR üçün əsas prioritet olaraq qalmaqdadır. İnnovasiyalar dedikdə söhbət təkcə startaplarda yox, həm də korporativ strukturun bütün səviyyələrində yeni həllərin inteqrasiyasından gedir.

Trend xəbər verir ki, bunu SOCAR-ın Strateji idarəetmə və innovasiyalar Departamentinin rəisi Teymur Əliyev “Baku ID 2025” çərçivəsində keçirilən panel müzakirələrində deyib.

Onun sözlərinə görə, şirkət texnoloji dəyişikliklərlə ayaqlaşa bilmək üçün qabaqcıl alətlərin aktiv axtarışını və tətbiqini həyata keçirir.

“Ən yaxşı və ən müasir həllərdən istifadə etməyə çalışırıq. Bu, neft-qaz kəşfiyyatı və hasilatından tutmuş emala, yanacağın pərakəndə satışı, tikinti və ofşor sahəsində müxtəlif xidmətlərə, bərpa olunan enerji istehsalı üzrə elektrik stansiyalarının inşası və digər müxtəlif fəaliyyətləri əhatə edir. SOCAR-ın geniş fəaliyyət spektri var və innovasiyalar bu proseslərin hər mərhələsində mühüm rol oynayır,” – deyə T.Əliyev qeyd edib.

O, həmçinin əlavə edib ki, yalnız daima yeniliyə can atmaqla qlobal enerji bazarında dayanıqlı inkişafı və rəqabətədavamlılığı təmin etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »