...

Azərbaycan kimya sənayesi məhsulları ixracından gəlirini 45%-dən çox artırıb

İqtisadiyyat Materials 20 İyun 2025 10:01 (UTC +04:00)
Azərbaycan kimya sənayesi məhsulları ixracından gəlirini 45%-dən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan 148,6 milyon ABŞ dolları dəyərində 479,2 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 46,4 milyon ABŞ dolları və ya 45,3%, həcm ifadəsində isə 54,5 min ton və ya 12,8% çoxdur.

Hesabat dövründə kimya sənayesi məhsulları ixracı ölkənin ümumi ixracına nisbətən 1,35%, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 10,56% paya malik olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur.

Xarici ticarət dövriyyəsinin 11,001 milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.

Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »