...

Cəbrayıl RMX-nın növbəti mərhələsi üzrə tikintisinə 10 milyon manat sərf ediləcək

İqtisadiyyat Materials 20 İyun 2025 12:52 (UTC +04:00)
Cəbrayıl RMX-nın növbəti mərhələsi üzrə tikintisinə 10 milyon manat sərf ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının II mərhələsi üzrə tikintisi işlərinə başlanılır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır. Eyni zamanda qurum görüləcək işlərin 9 929 735 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, 2021-ci ilin oktyabrın 4-də ölkə prezidenti tərəfindən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub.

Şəhərin cənub hissəsində yerləşəcək yeni xəstəxananın ümumi ərazisi 2,6 hektardır. Məlumata görə, 150 çarpayılıq xəstəxana binasında yoluxucu xəstəliklər korpusu və bir sıra texniki təyinatlı binalar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »