...

Paytaxtda oğurluq edənlər saxlanılıb

Hadisə Materials 20 İyun 2025 16:31 (UTC +04:00)
Paytaxtda oğurluq edənlər saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Nərimanov rayonunda yerləşən obyektlərin birindən oğurluq olub.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsinə rayon ərazisində yerləşən sexdən 8000 manat dəyərində dəmir materialların oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı İ.Quliyev müəyyən edilərək saxlanılıb.

Qaradağ rayonunda yerləşən evlərin birindən isə 2000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı X.Günəşov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »