Bakı. Trend:
Yeni seçilmiş Roma Papası XIV Leo yaxın gələcəkdə Türkiyəyə və ya Peruya səfər edə bilər.
Trend xəbər verir ki, bu barədə o, VI Paul Auditoriumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Tezliklə Peruda məndən xəbər gözləyin", – deyə Papa qeyd edib. Bununla yanaşı, ABŞ-a səfər planlarının olmadığını da əlavə edib.
O, həmçinin Nikea Şurasının 1700 illik yubileyində iştirak edə biləcəyini istisna etməyib.