...

Türkiyənin müdafiə naziri Azərbaycana gəlir

Gündəm Materials 12 May 2025 11:45 (UTC +04:00)
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Yaşar Güler bu gün Azərbaycana rəsmi səfər edəcək.

Trend bu barədə Anadolu xəbər agentliyinə istinadən xəbər verir.

Nazir Yaşar Gülərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçiriləcək nazirlər kabinetinin iclasının ardından Azərbaycana yollanacağı bildirilir.

Qeyd olunur ki, səfər çərçivəsində türkiyəli nazir bir sıra görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »