...

Almaniya Fələstin əhalisinə humanitar yardım ayıracaq

Dünya xəbərləri Materials 12 May 2025 04:08 (UTC +04:00)
Almaniya Fələstin əhalisinə humanitar yardım ayıracaq

Bakı. Trend:

Almaniya, Fələstin əhalisinə 30 milyon avro həcmində humanitar yardım ayıracaq.

Trend xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Fələstin Baş naziri Məhəmməd Mustafa ilə Ramallahda keçirdiyi görüşdən sonra məlumat verib.

Ayrılan vəsait ərzaq yardımı, su təchizatı, səhiyyə xidmətləri və müvəqqəti mənzillərin inşası üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti

OSZAR »