...

İran və Azərbaycan arasında gömrük əməkdaşlığının artırılması ilə bağlı müzakirələr aparılıb

İqtisadiyyat Materials 12 May 2025 13:31 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Culfa gömrüyü və Azərbaycanın Naxçıvan Muxtar Respublikası Culfa gömrüyü arasında gömrük əməkdaşlığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, İranın Culfa gömrük idarəsində İranın Culfa Gömrük İdarəsinin baş direktoru Əli Bisələm və Azərbaycan Naxçıvan Muxtar Respublikası Culfa Gömrük İdarəsinin rəisi Elxan Xudaverdiyevin başçılığı ilə birgə sərhəd iclası baş tutub.

İclasda İranın Culfa Gömrük İdarəsinin baş direktoru gömrük məntəqəsində körpü üzərində yük maşınlarının hərəkətinə nəzarətin artırılması, yanacaq daşıyan yük maşınlarının standartlaşdırılması, sərhəddə yük maşınlarının izdihamının qarşısının alınması istiqamətində növbələrin verilməsinin sürətləndirilməsi və zaman cədvəlinin tətbiq olunmasını təklif edib.

İclasda Azərbaycanın Culfa Gömrük İdarəsinin rəisi Elxan Xudaverdiyev də iki gömrük idarəsinin əməkdaşlığının ticarət mübadilələrinin artmasına və sadələşməsinə kömək edəcəyini və gömrük prokotollarının həyata keçirilməsinin daha da sadələşdirilməsini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »