...

U-21 Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək

İdman Materials 13 May 2025 01:14 (UTC +04:00)
U-21 Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 26-dan iyunun 9-dək təlim-məşq toplanışında olacaq.

Trend xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 yığması əvvəlcə mayın 26-dan iyunun 2-dək Bakıda, ardınca iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, daha sonra isə iyunun 6-dan 9-dək yenidən Bakıda hazırlıq keçəcək.

Təlim-məşq toplanışı çərçivəsində millimiz iki yoxlama oyunu keçirəcək. U-21 komandası iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupuna qarşı qüvvəsini sınayacaq. Bu görüşün saatı və keçiriləcəyi stadionla bağlı əlavə məlumat veriləcək.

İkinci sınaq matçı iyunun 8-də Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 yığmasına qarşı baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti

OSZAR »