...

Brandenburqda AfD-nin "ekstremist" kimi təsnifatı müvəqqəti dayandırılıb

Dünya xəbərləri Materials 24 May 2025 02:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Brandenburq Federal Əyalətinin Konstitusiyanın Müdafiəsi İdarəsi, məhkəmə qərarı çıxana qədər Almaniya üçün Alternativ (AfD) partiyasının Brandenburq bölməsinin təsdiqlənmiş sağçı ekstremist təşkilat kimi təsnifatını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Brandenburq Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Əyalətin əks-kəşfiyyat xidməti bildirib ki, Potsdam İnzibati Məhkəməsi Daxili İşlər Nazirliyindən AfD-nin yerli bölməsi ilə bağlı hər hansı rəsmi açıqlamadan çəkinməsini tələb edib. Nazirlik məhkəmə prosesinə hörmət əlaməti olaraq, bu məsələ ilə bağlı susqunluq rejimi elan olunduğunu qeyd edib.

Bu addım, məhkəməyə məsələni daha dərindən araşdırmaq imkanı yaratmaqla yanaşı, Konstitusiyanın Müdafiəsi İdarəsinin AfD ilə bağlı hazırladığı hesabatın ictimaiyyətə açıqlanmasını da müvəqqəti olaraq qeyri-mümkün edir.

Qeyd edək ki, AfD partiyası son illərdə Almaniyada sağçı populist mövqeyi ilə diqqət çəkir və bir sıra əyalətlərdə konstitusiya nəzarəti orqanlarının diqqət mərkəzindədir.

Xəbər lenti

Xəbər lenti

OSZAR »