...

Xəzərdə yaradılmış süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər təsdiqləndi

İqtisadiyyat Materials 24 May 2025 11:22 (UTC +04:00)
Xəzərdə yaradılmış süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər təsdiqləndi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı tələb olunan sənədlər müəyyənləşdirilib.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2025-ci il 7 may tarixli 5 nömrəli Qərarı ilə “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”na dəyişikliklər təsdiqlənib.

Bununla da “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq formalaşdırılmış sahələr də icarəyə verilən torpaq sahələrinin kateqoriyalarına əlavə olunub.

Bu torpaq sahələrinin icarəsi üçün hüquqi və ya fiziki şəxsin ərizəsi, eləcə də süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə müvafiq qərar tələb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »