...

İran Qəzzanın bərpası üçün regional platforma yaradılmasını təklif edir

Dünya xəbərləri Materials 11 May 2025 03:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran Fələstinin Qəzza zolağının yenidən qurulması məqsədilə region ölkələrinin iştirakı ilə birgə platforma yaradılmasını təklif edib.

Trend xəbər verir ki, bu təşəbbüs İranın Ali Rəhbərinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi tərəfindən Ərəb-İran dialoqunun 4-cü konfransının açılışında irəli sürülüb.

“Biz məcburi köçkünlərə və Qəzza zolağının yenidən qurulmasına dəstək üçün ümumi platforma yaratmalıyıq”, – deyə o bildirib.

Xərrazi əlavə edib ki, İran region ölkələri ilə anlaşılmazlıqları azaltmaq üçün dialoqa açıqdır və bu çərçivədə ortaq tədqiqat mərkəzinin yaradılmasını da təklif edir.

Xəbər lenti

Xəbər lenti

OSZAR »