...

Britaniyalı maqnatın yaxtasının sudan çıxarılması zamanı dalğıc ölüb

Dünya xəbərləri Materials 10 May 2025 17:48 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya maqnatı Mayk Linçin Siciliyanın şimal sahilləri yaxınlığında batmış nəhəng yaxtasının sudan çıxarılması üzrə aparılan ilkin əməliyyat zamanı bədbəxt hadisə yaşanıb.

Trend xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Bildirilib ki, dənizin dibinə eniş zamanı 39 yaşlı Niderland vətəndaşı olan dalğıc həyatını itirib. İnsidentin təfərrüatı açıqlanmır. O, batmış gəmilərin çıxarılması üzrə ixtisaslaşmış şirkətdə müqavilə əsasında çalışıb.

Xatırladaq ki, britaniyalı milyarderə məxsus “Bayesian” superyaxtası ötən ilin avqust ayında Palermo suları yaxınlığında fırtınaya düşərək batmışdı. Həmin vaxt gəminin göyərtəsində olmuş 22 nəfərdən 7-si, o cümlədən, “Morgan Stanley” beynəlxalq bankının sədri və onun həyat yoldaşı ölmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »