Bakı. Trend:
“Mançester Yunayted”in qapıçısı Andre Onana sığorta problemi səbəbindən “Lamborghini Urus” markalı avtomobilindən müvəqqəti olaraq məhrum olub.
Trend-in The Sun nəşrinə istinadən verdiyi məlumata görə, avtomobil Onananın dostlarından biri tərəfindən idarə edilərkən polis tərəfindən saxlanılıb.
Sığortanın olmaması səbəbilə nəqliyyat vasitəsi evakuatorla müsadirə olunaraq saxlanılma məntəqəsinə aparılıb.
Qeyd olunur ki, kamerunlu qapıçı avtomobilin sahibi olduğunu və lazımi sığortanın mövcudluğunu sübut etmək üçün 14 gün ərzində sənədləri təqdim etməlidir. Əgər bu müddət ərzində sübut təqdim olunmazsa, avtomobil hərraca çıxarıla və ya utilizasiya edilə bilər.
Hadisə sosial şəbəkələrdə və idman mediasında geniş müzakirələrə səbəb olub.