...

“Xocalı” gəmisinin bir ildə daşıdığı yükün həcmi açıqlanıb

İqtisadiyyat Materials 27 May 2025 15:00 (UTC +04:00)
“Xocalı” gəmisinin bir ildə daşıdığı yükün həcmi açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-in “Handysize” tipli ilk quru yük gəmisinin – “Xocalı”-nın istismara verilməsindən bir il ötür.

ASCO-dan Trend-ə verilən məlumata görə, ötən dövrdə “Xocalı” ilə 7 beynəlxalq reys həyata keçirilib. Sakit, Atlantik və Hind okeanlarını əhatə edən səfərlər çərçivəsində gəmi dünyanın bir çox limanlarına, o cümlədən ABŞ, Çin, Cənubi Koreya, İndoneziya, Hindistan, Meksika və s kimi ölkələrin 15-dən çox ayrı-ayrı limanlarına yan alıb.

Bildirilib ki, bu müddətdə nəhəng gəmi ilə soda, şəkər, taxta, kükürd, sement və digər quru yüklər olmaqla, ümumilikdə 231 748 ton yük daşınıb.

Qeyd edək ki, ötən ilin 27 may tarixində Çin Xalq Respublikasında istismara qəbul olunan "Xocalı" məhdudiyyətsiz üzmə imkanlarına malikdir. Gəminin yükgötürmə qabiliyyəti (dedveyti) 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu isə 10,47 metr, maksimum sürəti 15,7 uzeldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »