Bakı. Trend:
Bu ilin mayın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 486 min manat və ya 4,7% artaraq 10,8 milyon manata bərabər olub.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici üzrə orta faiz dərəcəsi 16,94% təşkil edib.
Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 10,1 milyon manatı milli valyutada, 698 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Eyni zamanda cari ilin mayın 1-nə Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 491,2 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 10 milyon manat və ya 2%, ötən ilin eyni dövrünə nisbətən isə 61,2 milyon manat və ya 14,2% çoxdur.
Məlumata əsasən, hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,43%-ə bərabər olub.
Dövr ərzində regiona qoyulmuş kreditlərin 489,8 milyon manatı milli valyutada, 1,4 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Qeyd edək ki, 2025-ci ilin mayın 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 219,4 milyon manat və ya 0,8%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,5 milyard manat və ya 14% artaraq 28,096 milyard manata bərabər olub.