Bakı. Trend:
Cənubi Koreyada prezident seçkiləri çərçivəsində iki günlük erkən səsvermə mayın 29-da ölkə üzrə başlayıb.
Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata əsasən, respublika üzrə 3 500-dən çox seçki məntəqəsi seçicilərin ixtiyarına verilib. Məntəqələr yerli vaxtla saat 06:00-dan 18:00-dək açıq olacaq.
Əsas səsvermə günü isə iyunun 3-nə təyin olunub. Qeyd edək ki, erkən səsvermənin xaricdə yaşayan vətəndaşlar üçün nəzərdə tutulan mərhələsi mayın 20-dən 25-dək keçirilib.
Prezidentliyə namizədlərdən Li Çzyo Myon erkən səsvermənin ilk günündə iştirak edəcəyini açıqlayıb. Onun əsas rəqibi Kim Mun Su və digər namizəd Li Çun Sok da oxşar niyyətlərini bəyan ediblər.
Koreya Respublikasının əhalisi təxminən 51,6 milyon nəfərdir. Seçki komissiyasının məlumatına görə, onlardan 44,3 milyon nəfəri səsvermə hüququna malikdir. Yerli vaxtla saat 09:00-a olan göstəricilərə əsasən, erkən səsvermədə iştirak fəallığı 3,5% təşkil edib.