...

İlon Mask Tramp administrasiyasındakı vəzifəsini tərk edir

Dünya xəbərləri Materials 29 May 2025 08:04 (UTC +04:00)
İlon Mask Tramp administrasiyasındakı vəzifəsini tərk edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasında rəhbərlik etdiyi hökumət işinin səmərəliliyinin artırılması üzrə qurumu (DOGE) tərk edir.

Trend xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Ağ ev nümayəndəsinə istinadla məlumat yayıb.

Maskın qərarı, CBS telekanalına verdiyi müsahibədə administrasiyanın irəli sürdüyü və ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən dəstəklənmiş dövlət xərclərinin azaldılması haqqında qanun layihəsini tənqid etməsindən bir gün sonra verilib.

“Reuters”in məlumatına görə, sahibkarın administrasiyadan çıxma prosesi artıq çərşənbə axşamı axşam saatlarında başlayıb.

İlon Mask özü çərşənbə günü sosial şəbəkədə paylaşım edərək bildirib ki, “hökumətin xüsusi işçisi kimi ona ayrılmış vaxt başa çatıb”. Bununla yanaşı, o, rəhbərlik etdiyi DOGE-nin ABŞ hökumətinin fəaliyyətindəki rolunun gələcəkdə daha da artacağına əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti

OSZAR »