Bakı. Trend
Aylıq sosial müavinət və kompensasiyalar 462,4 min nəfəri əhatə edir və 12 növ üzrə verilir.
Trend xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədr müavini Əli Mövsümov "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, birdəfəlik sosial müavinətlər 7 növ üzrə 21,1 min nəfəri əhatə edir.
"Hər ay 402 minə yaxın insan 16 növ təqaüd alır", - deyə əlavə edib.