Bakı. Trend:
Ermənistanda həbs olunmuş rusiyalı iş adamı Samvel Karapetyanın şirkətlər qrupunun baş ofisində aparılan axtarışlardan sonra dörd nəfər barəsində cinayət işi açılıb.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Məlumata əsasən, istintaqda adları keçən dörd nəfərdən ikisi artıq həbs olunub.
Xatırladaq ki, ötən gün Ermənistanın güc strukturları Karapetyanın “Taşir” şirkətinin mərkəzi ofisində axtarışlar həyata keçirib.
Rusiyalı milyarder, erməni əsilli və "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-də gecə saatlarında İrəvanda saxlanılıb. Bundan əvvəl o, Ermənistan hakimiyyətinin tənqidlərinə qarşı Ermənistan Apostol Kilsəsini dəstəklədiyini ifadə edib ki, bu da ölkə baş nazirinin narazılığına səbəb olub.
Bir müddət əvvəl Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.