Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca Prezident Donald Tramp administrasiyasının təşəbbüsü ilə hazırlanmış və vergilərin azaldılması, eləcə də dövlət borcunun tavanının artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini təsdiqləyib.
Trend xəbər verir ki, qanun layihəsi 218 konqresmenin dəstəyi ilə qəbul olunub, 214 nəfər isə əleyhinə səs verib.
Prezident Trampın “vahid, böyük, gözəl qanun layihəsi” adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.
Sənədə əsasən, müdafiə xərcləri artırılacaq və xüsusilə “Qızıl qübbə” raketdən müdafiə sisteminin yaradılması üçün vəsait ayrılacaq.
Bundan əlavə, qanun layihəsində sərhəd nəzarətinin gücləndirilməsi və bu istiqamətdə xərclərin artırılması ilə bağlı tədbirlər də yer alıb.