...

Cənubi Koreyada yeni baş nazir təyin edildi

Dünya xəbərləri Materials 3 İyul 2025 20:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya parlamenti iyulun 3-də Kim Min Sokun baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, onun namizədliyini ölkə başçısı Li Çje Myon irəli sürüb.

Parlamentdə səsvermə kəskin siyasi qarşıdurma ab-havasında və əsas müxalif partiya olan "Vətəndaş gücü"nün deputarlarının iştirakı olmadan keçirilib.

173 deputat Kim Min Sokun təyin edilməsinin lehinə səs verib, üç deputat əleyhinə olub, üç bülleten isə etibarsız sayılıb.

Səsvermədə yalnız hakim Birləşmiş Demokrat Partiyasının və kiçik partiyaların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti

OSZAR »