...

Danimarkada İrana casusluqda şübhəli bilinən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 1 İyul 2025 15:43 (UTC +04:00)
Danimarkada İrana casusluqda şübhəli bilinən şəxs saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarkada İran kəşfiyyatına işləməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Şübhəli şəxs yerli KİV-də şərti olaraq “Əli S.” kimi təqdim olunur. Onun 27 iyun tarixində Orxus şəhərində həbs olunduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxs Almaniyada yəhudi icmasının toplandığı məkanlar və konkret şəxslər barədə məlumatlar toplayıb. Həmin məlumatların gələcəkdə terror hücumlarının hazırlanması məqsədilə toplandığı güman edilir.

Danimarka vətəndaşının Almaniyaya ekstradisiya olunacağı və orada ona qarşı rəsmi ittihamın irəli sürüləcəyi gözlənilir. Müstəntiqlər onun iyun ayında Almaniya paytaxtında üç şəxsi daşınmaz əmlaka gəlib-gedənləri güddüyünü müəyyən edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »