...

ABŞ ilə İran arasında danışıqların növbəti mərhələsi bu tarixdə baş tutacaq

Dünya xəbərləri Materials 9 May 2025 21:50 (UTC +04:00)
ABŞ ilə İran arasında danışıqların növbəti mərhələsi bu tarixdə baş tutacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran ABŞ ilə əvvəllər təxirə salınmış nüvə müzakirələrinin dördüncü raundunu Omanda keçirməyə razılaşıb.

Trend xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, İranın danışıqlar qrupunun üzvü bu xəbəri təsdiqləyib.

Bundan əvvəl bildirilib ki, İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə həsr olunmuş danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »