Bakı.Trend:
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidinin qalıqları dəfn olunacaq.
Trend xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
Qeyd edilib ki, iyulun 4-də hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlu Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.