...

Türkiyə ilə İsrail arasında Suriya üzrə kommunikasiya mexanizmini razılaşdırılıb

Siyasət Materials 21 May 2025 22:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyada baş verə biləcək hərbi insidentləri operativ şəkildə həll etmək üçün İsrail və Türkiyə arasında birbaşa əlaqə kanalı yaradılıb.

Trend-in məlumatına görə, bu barədə "Middle East Eye" xəbər portalı bildirib.

Məlumata əsasən, bu ilin aprelində keçirilən görüş zamanı hər iki ölkənin nümayəndələri Suriyada mümkün silahlı toqquşmaların qarşısının alınması üçün nəzərdə tutulmuş xüsusi mexanizm hazırlamağa başlayıblar. Elə həmin ay Suriya ərazisində yaranan hər hansı münaqişə vəziyyətinə dərhal reaksiya vermək imkanını təmin edən 24 saat fəaliyyət göstərən qaynar xətt fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »