...

İqtisadi şaxələndirmə yeni iş yerlərinin yaradılması və dayanıqlılıq üçün zəruridir - Dünya bankının nümayəndəsi

İqtisadiyyat Materials 22 May 2025 12:55 (UTC +04:00)
İqtisadi şaxələndirmə yeni iş yerlərinin yaradılması və dayanıqlılıq üçün zəruridir - Dünya bankının nümayəndəsi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İqtisadi şaxələndirmə iş yerlərinin açılması, iqtisadi qeyri-sabitliyin azaldılması və fiskal dayanıqlılığın təmin olunması üçün əsas faktordur.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Dünya bankının Məğrib ölkələri və Malta üzrə direktoru Əhməd Mustafa Ndiaye İslam İnkişaf Bankının (IsDB) İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən “Baxışdan fəaliyyətə: struktur keçidinin hərəkətverici qüvvəsi kimi iqtisadi şaxələndirmə” mövzusunda panel müzakirəsində bildirib.

“Mən narahatedici bir siqnalla – təcili tədbirlər görmək çağırışı ilə başlamaq istərdim. Növbəti on il ərzində 1,2 milyard gənc əmək bazarına daxil olacaq. Lakin Dünya Bankının hesablamalarına əsasən, hazırkı artım tempi ilə cəmi 70 milyonadək iş yeri yaradılacaq. Bu isə o deməkdir ki, təxminən 800 milyon gənc işsiz qalacaq. Məhz buna görə iqtisadi şaxələndirmə təkcə vacib deyil, həm də zəruridir”, - Ndiaye vurğulayıb.

Onun sözlərinə görə, şaxələndirilmiş iqtisadiyyatlar iş yerlərinin yaradılmasının öhdəsindən daha yaxşı gəlir, özəl sektoru cəlb etmək və dayanıqlı məşğulluq təmin etmək imkanına malikdir, eyni zamanda beynəlxalq əlavə dəyər zəncirlərinə daha asan inteqrasiya olunur.

“Bir sıra ölkələrdə məşğulluq sahəsində artıq dəyişiklik baş verib – kənd təsərrüfatından daha yüksək əlavə dəyər yaradan sahələrə keçid baş tutub. Bu da məhsuldarlığın artmasına, əhalinin iqtisadi fəallığının yüksəlməsinə və yeni iş yerlərinin yaradılmasına səbəb olub”, – Dünya Bankının nümayəndəsi əlavə edib.

O, həmçinin iqtisadiyyatın şaxələndirilməsinin daha iki əsas aspektinə - iqtisadi volatilliyin azaldılması və fiskal dayanıqlığın möhkəmləndirilməsinə diqqət çəkib

“Görürük ki, təbii resursların hasilatı kimi məhdud sayda sektordan asılı olan iqtisadiyyatlar kəskin dalğalanmalara məruz qalır. Ümumdünya Ticarət Təşkilatının Commodity Outlook adlı son icmalına əsasən, 2025-ci ildə xammal qiymətləri təxminən 12%, 2026-cı ildə isə əlavə olaraq 6% azalacaq. Bu isə xammal asılılığı olan ölkələr üçün əlavə risklər yaradır”, – o izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »