Bakı. Trend:
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Trend -ə Respublika Seysmoloji Xidmətdən məlumat verilib.
Qeyd edilib ki, yerli vaxtla 06:37-də qeydə alınan zəlzələnin maqnitudası 3,2, dərinliyi 28 km olub.